• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1536
— 15.06.2021 20:38

Azərbaycanın taleyini dəyişən zəfər tarixi

KepezTV Player

1993-cü il iyunun 15-də dövlətçiliyimizn təhlükədən qurtulması ilə başlayan və 2020-ci il 8 noyabr Zəfər Günü ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə aparan uğurlu inkişaf yolu! Azərbaycan xalqının milli qurtuluş günü. Ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyə gəlməsindən bu gün 28 il ötür.

Xalqın təkidli tələbi ilə Bakıya qayıdan ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetinin sədri seçilməsi ilə Azərbaycanda qətiyyəti siyasət, dövlət idarəçiliyi və quruculuğunun əsasları yaradıldı. Azərbaycan beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrilməklə cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlara başlanıldı. “Əsrin müqaviləsi” ilə təməli qoyulan yeni neft strategiyası iqtisadi tənəzzülün qarşısı almaqla, əhalinin rifahının yüksəldilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə əsas yaratdı. Heydər Əliyev Azərbaycan prezidenti olduğu 1993-2003-cü illərdə nadir tarixi fürsətdən istifadə edərək ölkənin müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli liderin Azərbaycanın ərazi bütövlüyünün bərpasını milli prioritet elan etməsi işğal altındakı ərazilərin azad ediləcəyinə şübhə yaratmırdı. Heç şübhəsiz ki, Vətən müharibəsində qələbənin qazanılması Heydər Əliyevin xilaskarlıq missiyası və quruculuq fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. “Güclü Azərbaycan” konsepsiyasının reallaşdırılması, bütün sahələri əhatə edən köklü islahatlar, insan kapitalının formalaşdırılması, güclü və peşəkar ordu quruculuğu, Azərbaycanın özünü beynəlxalq münasibətlər sisteminin müstəqil və nüfuzlu subyekti kimi təsdiq etməsi əsası 1993-cü ildə qoyulan siyasətin davamı kimi dəyərləndirilir. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın hərtərəfli inkişaf strategiyasının uğurla reallaşdırılması:

Milli maraqlara əsaslanan müstəqil daxili və xarici siyasətin həyata keçirilməsi

Sosial-iqtisadi inkişafın təmin edilməsi, rəqabətədavamlı iqtisadi potensialın formalaşdırılması

Mühüm enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi

Regionların inkişafı, müasir cəmiyyət quruculuğu, cəmiyyət həyatının bütün sahələrinin yeniləşməsi və müasirləşməsi

Köklü islahatlar, şəffaf idarəçilik, neqativ halların aradan  qaldırılması

Azərbaycanın beynəlxalq nüfuzunun artması, güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, regional lider və mərkəz statusunun əldə olunması

Əhalinin sosial rifahının təmin edilməsi, sosial siyasətin uğurları

İnsan kapitalının formalaşdırılması, intellektual potensialın milli maraqların həyata keçirilməsi istiqamətində səfərbər edilməsi

Güclü ordu quruculuğu, müdafiə sənayesinin yaradılması

Milli həmrəyliyin, xalq-iqtidar birliyinin təmin edilməsi

Heydər Əliyev Azərbaycan xalqının milli dövlətçilik ənənələrini yaşatdı və inkişaf etdirdi, ümummilli lider tərəfindən əsası qoyulmuş siyasət dağılaraq məhv olmaq təhlükəsizndən qurtulan Azərbaycanın dünyada sayılıb seçilən, güclü, Qalib dövlətə çevrilməsini təmin etdi.