• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2335
— 15.06.2021 20:30

Prezident Rəcəb Tayyib Ərdoğanı Füzulidə qarşılayıb

KepezTV Player

Azərbaycan – Türkiyə tarixi bağlılığı, hər keçən gün uğurla irəliləyən, dərinləşən əlaqələr yeni mərhələyə qədəm qoyur. İki dövlət arasında müttəfiklik münasibətləri haqqında imzanan “Şuşa Bəyannaməsi” bunun təməlidir. Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldıracaq sözügedən bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar. Şuşa Bəyannaməsi və buna qədər olan proseslər, hadisələrin ardıcıllığı qarşıdakı sujetdə.

Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Ölkəmizə gələn və Bakıdan Şuşaya yollanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda qarşılayıb. Sonra dövlət başçıları Şuşa şəhərinə yola düşüblər.

Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Şuşa Bəyannaməsini Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

İmzalanmadan sonra hər iki ölkənin dövlət başçısı mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan Şuşada “Xan qızı” bulağında olublar.