• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 15.06.2021 12:39

"Təmiz hava" aylığında 30 sürücü cərimələnib

KepezTV Player

Gəncədə Dövlət Yol Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində "Təmiz hava" aylığı ilə bağlı reyd keçirib. Tədbir zamanı texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. Yol polisi əməkdaşları sürücüləri nasaz nəqliyyat vasitələrini idarə etməməyə çağırıb. Sürücülər öz vəzifələrini dərk edərək özlərini və digərlərini zəhərli qazlardan qorumaq məqsədilə qaydalara riayət etməli və nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalıdırlar. Nasaz nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 50 manat cərimə edilir.

Eşqin Qasımov  DİN-in Mətbuat Xidmətinin əməkdaşı: Bu gün keçirilən tədbirlər zamanı avtomobillərdən ixrac olan zərərli qazların qanunla müəyyən edilmiş normadan artıq olmasını aşkar edilməsindən ibarət idi. Keçirilən tədbirlər nəticəsində 30-a yaxın belə avtomobil müəyyən edilərək onlar barəsində inzibati qaydada tədbir görülüb. Həmin avtomobillərin sürücülərinə avtomobillərindəki nasazıqların aradan qaldırılması barədə müvafiq təlimatlar verilib.Bu tip tədbirlər bundan sonrada davam etdiriləcəkdir.