• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 682
— 15.06.2021 09:17

Məzunların arasında düşən dava bıçaqlanma ilə nəticələnib

KepezTV Player

Ağstafanın Muğanlı kəndində qanlı olay yaşanıb.11-ci sinif şagirdi, 17 yaşlı Bayramlı Ramal Rüstəm oğlu bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.İlkin məlumata görə, hadisə son zəng tədbirindən sonra baş verib. Bayramlını sinif yoldaşı bıçaqlayıb. Hadisəni törədən şəxs Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. O, cinayəti törətdiyini etiraf edib.Faktla bağlı araşdırma aparılır.