• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 679
— 14.06.2021 15:49

Kəlbəcərdə şəhid olan media işçiləri ordenlə təltif edilib

KepezTV Player

Prezident İlham Əliyev sərəncam imzalayıb. Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş Abışov Sirac Abış oğlu, İbrahimov Məhərrəm Əli oğlu, Əliyev Arif Ağalar oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Dövlət başçısı Azərbaycan Respublikasının Bosniya və Herseqovinada Sarayevo şəhərində Səfirliyin təsis edilməsi haqqında  Qanunu təsdiqləyib. Səfirliyin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.