• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 14.06.2021 12:19

Məzun olan 2548 şagird növbəti mərhələyə adladı

KepezTV Player

Bu gün onlar üçün çalınırdı zəng. 11 il məktəbə gedənlər üçün. Bu gün onlar üçün eşidildi zəng. Parta arxasından duranlar üçün. Sevincli-kədərli anların bir-birini əvəzlədiyi "Song zəng" tədbirləri reallaşdı bu gün. Birincilər 11-cilərdən biliyin açarını təhvil alaraq yollarına davam edəcək. Amma çalınan son zəng 11-cilərin qarşısında yeni üfüqlər açır. Gəncənin 45 məktəbinin 2500-dən artıq məzunu üçün də.

Kimisi uzun illərdir bir sinifdə oxuduğu yoldaşlarından, kimisi onlara savad verən müəllimlərindən, kimisi isə məktəb həyatından ayrıldığı üçün kədərli idi. Axı onlar üçün çalınırdı sonuncu zəng. Nə qədər sevincli görünsələr də, nə qədər həvəsli olsalar da məktəbdən ayrılırdılar bu gün onlar. Çünki bu illər ərzində onlar daha çox doğmalaşıb, mehribanlaşmışdılar. İndi ayrılmaq isə onlar üçün də çətindir, müəllimləri üçün də.

Bu ilin "Son zəng"i fərqli idi. Axı tədbirlər pandemiya qaydalarına uyğun, açıq havada, valideyn iştirakı olmadan, yalnız məktəb daxilində qeyd edilirdi. Elə müəllimlər də məhdud sayda tədbirdə iştirak edirdi.

Doğma məktəbdən sanki ayrılmaq istəməyən, üzlərində sevinc, gözlərində nisgil olan məzunlar kimi birincilər də həyəcanlı görünürdü. Öz yerlərini onlara verən 11-ləri şerlər söyləyərək, xoş arzularla  yola salırdılar.

Ümumilikdə bu gün Gəncədə 123 sinif üzrə 2548 nəfər orta məktəbi bitirərək məzun adını qazanıb.

 

Elnur Vahidoğlu