Yayda həm uşaqlar, həm də böyüklər arasında rast gəlinən xəstəliklərdən biri də qida zəhərlənmələridir. Bitkilərin tez yetişməsi üçün tətbiq olunan kimyəvi maddələr və bu məhsulların istifadə edilərkən düzgün yuyulmaması bu kimi halların sayını artırır. Bostan bitkilərinin yetişdiyi bu dövrdə mütəxəsislər daha diqqətli olmağı məsləhət görür.
Havanın hərarəti yüksəldikcə müəyyən patogen mikrobların inkişafı üçün də əlverişli şərait yaranır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı artır. Həm təbii, həm də konservləşdirilmiş məhsullar yay aylarında daha çox zəhərlənməyə səbəb olur.
Mütəxəssisin sözlərinə görə, qida zəhərlənmələri adətən, anidən başlayır, ürək bulanma, qusma, qızdırma ilə müşayiət oluna bilir. Belə hallar olduqda dərhal ilkin tibbi yardım göstərilməlidir.
Tövsiyyə isə ondan ibarətdir ki, qida zəhərlənmələrində şikayətlər 24 saat ərzində yaxşılaşmağa doğru getmirsə, dərhal xəstəxanaya müraciət olunmalıdır.
Aişə Rzayeva
- Baxış: 298