• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 14.06.2021 09:30

Cəfərabad və Əhmədli kəndləri

KepezTV Player

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayımlanıb. Kənd Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini 1806-cı ildə Rusiya himayəsinə keçmiş Xoy hakimi Cəfərqulu xana məxsus ailələr salmış və kəndi də xanın adı ilə adlandırıblar.

MN Laçın rayonunun Əhmədli kəndindən videogörüntülər yayımlayıb. Kənd Ağoğlan çayının sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Molla Əhmədli olub. Laçın rayonunun ərazisində eyniadlı mineral bulaq və çay mövcuddur.Sinədəftər saz və söz ustalarının tanınmış nümayəndələrini yetirmiş bu kəndə çox vaxt el arasında “Aşıq ocağı” da deyilib.