• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 11.06.2021 20:22

Koronavirusdan qorunmağın ən effektiv yolu kimi vaksin olunmaqdır

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvəndləmə davam edir. Gəncədə də əhali vaksinin faydalı olduğunu anlayır və prosesə könüllü olaraq qatılırlar. Başa düşülən odur ki, dünyanı cənginə alan bəladan qurtulmağın ən vacib yolu peyvəndləmədən keçir.

Sadalananlar sırasında koronavirusdan effektiv qorunmağın yolu kimi vaksin olunmaq göstərilir. Həkimlər də son dövrlər yoluxma sayının 2 rəqəmliyə düşməsində məhz vaksinin böyük rolunu qeyd edirlər.

Xalidə Sadıqova - 1 № poliklinikanın baş həkimi: Tarix boyu müxtəlif dövrlərdə  pandemiyalar, epidemiyalar baş vermişdir. Həmin pandemiyaların qarşısı yalnız vaksinsiya ilə aradan qaldırılmışdır. Vaksinasiyanın əhəmiyyəti bilirik ki, imunitetin möhkənləndirilməsi, xəstəliyin qarşısını almaq, xəstəlikdən qorunmaq və ölüm hallarının  sayını azaltmaq və sonda səhiyyə sisteminin yükünü azaltmaqdır.

Bu əhali arasında kütləvi şəkildə imunitetin formalaşması və bədənə müdafiə səddi yaratmaqla xarakterizə edilir. Yəni orqanizmin müqaviməti gücləndiyindən yoluxma fəsadsız və yüngül formada keçir.

Xalidə Sadıqova - 1 № poliklinikanın baş həkimi: İnsanların fərdi xüsusiyyətindən asılıdır. Bəzi fərdlərdə güclü ümunitet yaranır. Bəzilərində yox. O da yenə də orqanizimin sağlamlıq mərkəzindən asılıdır. Ona görə də tövsiyyə olunur ki, Covid 19a yoluxanlar da 6 aydan sonra bir daha vaksinasiya olsunlar.

Pandemiyanın tezliklə aradan qalxması və normal həyata qayıtmanın peyvənd olumaqdan keçdiyi dəqiqdir. Ümumi olaraq, peyvəndlər son dərəcədə təhlükəsizdir. Nadir hallarda əks təsirləri müşahidə oluna bilər.

Arzu Abdullayev - klinik-farmakoloq: Mən məsləhət görərdim ki, hamı kütləvi şəkildə vaksinasiyaya dəvət olunsun və özləri könüllü sürətdə vaksinasiyanı peyvəndləməni həyata keçirsinlər. Bizim çıxış yolumuz bundan ibarətdir.

Unutmayaq ki, özümüzün və sevdiklərimizin sağlamlığı üçün təşkil olunmuş bu prosesdə fəal iştirak etməkdə fayda var.

Aişə Rzayeva