• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 885
— 11.06.2021 11:57

Yaxın zamanlarda müharibə əlillərinə avtomobillər veriləcək

KepezTV Player

Yaxın zamanlarda müharibə əlillərinə avtomobil verilməsinə başlanılması nəzərdə tutulur. Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial saat” verilişində deyib ki, avtomobillər növbəyə duracaq şəxslərin sayına əsasən veriləcək: “Bu il də maksimum çalışılacaq ki, həmin şəxslərə avtomobil təqdim olunsun. Bu proses yekunlaşmaq üzrədir. Ötən illərdən növbədə qalan şəxslərin əksəriyyətinə avtomobil verilib və say azalmağa doğru gedir”, - deyə Faiq Ağayev vurğulayıb.