• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 699
— 11.06.2021 09:39

Şəhid Şəhriyar Qasımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

KepezTV Player

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtdırmaq məqsədilə - “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbirlər silsiləsindən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan çavuş Şəhriyar Qasımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə mərkəzin əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhid Şəhriyar Qasımovun ömür yolundan, Aprel döyüşlərində iştirakından, Vətən müharibəsinə könüllü qoşularaq döyüşlərdə göstərdiyi şücaətdən danışıb.

Sonda Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında hərbi vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.