KepezTV Player
Azərbaycanda vətəndaşlar üçün koronavirus vaksinləri ilə bağlı seçim imkanı yaradılıb. Bakı, Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda “CoronaVac” vaksini ilə yanaşı “Vaxzevria” peyvəndi də tətbiq olunur. Həkim ekspertlərin fikrincə isə, regionlarda fərqli vaksinlərin tətbiq edilməsi üçün ilk növbədə həmin vaksinlərin saxlanmasına şərait yaradılmalıdır. Müvafiq şərait yaradıldıqca, fərqli vaksinlərin tətbiq edildiyi regionların əhatə dairəsi də genişlənəcək.
- Baxış: 480