• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 10.06.2021 12:33

Bəzi məhdudiyyətlər aradan qaldırılıb

KepezTV Player

Bu gündən karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən,dini ibadət yerlərinin fəaliyyətinə eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən çox olmamaqla icazə verilir.İdman zalları və sağlamlıq-bərpa obyektləri ilə bağlı tətbiq olunan qadağa da aradan götürülür. Həm məscidlərə, həm də idman zallarına giriş yalnız COVID-19 pasportuna malik olanlar üçün keçərlidir.Bu gündən nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla iri ticarət mərkəzləri, "Mall"lar da açılır. Eyni zamanda çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyətinə icazə verilir. Daha bir qərarla bu gündən Azərbaycanda hava nəqliyyatında əcnəbilərdən COVID-19 pasportu tələb olunacaq.