• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3187
— 10.06.2021 12:22

50 qazinin protezlərlə təminatı prosesi yekunlaşır

KepezTV Player

"Postmüharibə dövründə sosial dəstək tədbirləri şəhid ailəsi üzvləri, Vətən müharibəsi qaziləri və yaxınlarından ibarət artıq 23 mindən çox şəxsi əhatə edib. Bu tədbirlərdən biri də Vətən müharibəsində yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlə təminatıdır. Artıq 25 qazi yüksək texnologiyalı protezlə təmin edilib, daha 50 qazinin də protezlərlə təminatı prosesi yekunlaşır". Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər aparılır. Bu kateqoriyadan olan 32 qazimizdən müvafiq ölçülər artıq götürülüb. Yaxın vaxtlarda onlar da yüksək texnologiyalı protezlərlə təmin olunacaq. Hərbi həkim komissiyaları tərəfindən təqdim edilmiş şəhadətnamələr əsasında Vətən müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsi işləri də davam edir. Şəhadətləndirilmiş 600-dən çox qaziyə əlillik təyinatı aparılaraq sosial ödənişlər təyin olunub. Həmçinin reabilitasiya mərkəzlərində qazilərin sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təminatı işləri də aparılır. Sahil Babayev bu il mühüm bir hissəsi müharibə əlillərindən ibarət olmaqla 205 şəxsə mühərrikli təkərli oturacaq verildiyini, ümumilikdə cari ilin 5 ayında 5 minədək əlilliyi olan şəxsin 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edildiyini deyib.