• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 09.06.2021 20:28

Türkiyə millisinin Gəncədəki 1 nömrəli azarkeşi

KepezTV Player

Futbol üzrə AVRO-2020-nin başlamasına 2 gün qalıb. Məlum məsələdir ki, mötəbər turnirdə iştirak edən Türkiyə millisi oyunlarının 2-si Azərbaycanda keçiriləcək. Nizami yurdunda qardaş ölkə yığmasının 1 nömrəli azarkeşi qonşu dövlətin Gəncədəki Baş Konsulu Zəki Öztürk qarşılaşmalarla bağlı fikirlərini bölüşüb.

Xidməti otaqda apardığımız çəkiliş zamanı Baş Konsul ölkəsinə dəstəyini indidən büruzə verərək qarşımıza ay-ulduzlu fotbolkada çıxmışdı. Futbolla bağlı geniş məlumata sahib olan Zəki Öztürk keçmişdə Türkiyənin dünya və Avropa çempionatlarındakı çıxışlarından bəhs edərək önümüzdəki AVRO-2020-ni həyacanla gözlədiyini deyib. Baş Konsul Türkiyənin turnir çərçivəsində baş tutacaq oyunlarının ikisinin Bakıda keçirilməsini komandanın xeyrinə olan amillərdən hesab edir.

Diplomat Avropa çempionatındakı favoritlərini də açıqlayıb. Təbii olaraq ilk növbədə Türkiyəni qalib görmək istəyən Zəki bəy çempion millinin hegemon ölkələrdən olacağını da düşünür.

Türkiyə yığması Bakıda iyunun 16-da Uelslə, iyunun 20-də isə İsveçrə yığmaları ilə üz-üzə gələcək.