• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 09.06.2021 18:44

Biçinə başlanılıb, bol məhsul gözlənilir

KepezTV Player

Ötən il aqrar rayon olan Samuxda rekod həddə 45 min ton taxıl yığılıb. Bu il isə torpaq mülkiyyətçiləri sahələrdən daha çox məhsul toplamağı düşünür. Artıq rayonda arpa biçininə başlanılıb.

Samux rayonunda arpa biçininə iyunun 2-dən başlanılıb və biçin tez yetişən sahələrdə aparılır. Rayonda taxıl sahələrində becərmə işlərinin, əkin, səpinin və mineral gübrələrin vaxtında verilməsi, eləcə də alaq otlarına qarşı mübarizənin səmərəli aparılması məhsuldarlığı ötən ilə nisbətən yüksək olacağına əsas yaradıb.

Aqrar rayon olan Samuxda bu 4890 ha əraziyə arpa əkilib ki, bununda 1300 ha biçilib. Rayonda orta məhsuldarlıq 36 sentnerdi. Ötən ilə baxanda bu rəqəm 2 faiz çoxdu.

Arpanın sahələrdən səmərəli və itkisiz daşınması üçün xüsusi qərargah da yaradılıb.

Rayonda bu il 2 minə yaxın torpaq mülkiyyətçisi 10 min 200 ha əraziyə taxıl əkib ki, bunun da 5 min 310 ha buğdadır. Hazırda sahələrdə 40-dan artıq kombayn biçini həyata keçirir ki, bu texnikalardan 2-i bu il verlib. Kombaynların hamısı biçin qabağı yoxlanılıb texniki baxış keçirilib. Həmçinin ətraf rayonlardan da kömək üçün Samuxda taxılın biçini üçün komayınlar cəlb edilib. Taxıl daşıyan maşınların vəziyyəti də mütəxəsislər tərəfindən yoxlanılıb.

Bu ayın sonuna kimi Samuxda arpa biçini başa çatacaq və daha sonra buğda biçininə başlanılacaq.

Elnur Vahidoğlu