• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1894
— 09.06.2021 20:06

Qəhrəmanlıq tarixi yazan igidimiz

KepezTV Player

İndi təqdim edəcəyimiz süjetdə İkinci Qarabağ müharibəsinin daha bir qəhrəmanından danışacağıq - şəhid Selmur Allahverdiyevdən. İgidliyi, şücaəti ilə gənc nəslə örnək olan Allahverdiyevin keçdiyi döyüş yoluna birgə nəzər salaq.

Seymur Allahverdiyev Tibb Kollecinin feldşerlik fakültəsini bitirməyinə baxmayaraq, uşaqlıq arzusunun arxasınca gedib hərbçi olmağı qərara alır. Müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayır. Manqa komandiri işləyən kiçik çavuş Seymur Allahverdiyev xidməti dövründə hər zaman nümunəvi hərbçi kimi komandirlərinin rəğbətini qazanıb. Qorxmazlığı, igidliyi ilə gənc əsgərlərə nümunə olub, hərbçi yoldaşları tərəfindən sevilib. Seymur Allahverdiyev Vətən müharibəsi başlayanda Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub və sentyabrın 27-də ən ali məqama ucalır. Şəhidin nəşi ötən il dekabr ayının 29-da tapılaraq ailəsinə təhvil verilib.

Seymur kimi neçə-neçə igid, qəhrəman oğullarımızın və güclü dövlətimizin sayəsində uzun illər düşmən tapdağında olan torpaqlarımız azad edildi. Bu gün bütün Azərbaycan xalqı mübariz oğulları ilə fəxr edir, onların əziz xatirəsini daim uca tutur. Şəhid Seymur Allahverdiyev özündən sonra iki övladını Vətənə əmanət edib. Bu gün 8 yaşlı Yusif və 13 yaşlı Asudə qəhrəman atanın övladları kimi qürurla böyüyürlər.

Bir oğul, bir qız sahibi olan Allahverdiyevlər ailəsi hər iki övladın acısını yaşayır. Şəhid Seymur Allahverdiyevin yeganə bacısı da xəstəlikdən dünyasını dəyişib.

Elnur Vahidoğlu