• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 09.06.2021 19:58

Mkrtçyan və Xosrovyana ittiham aktı elan olundu

KepezTV Player

Bu gün Bakı Hərbi Məhkəməsində birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hadisə şahidlərinin və təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilən prosesi media nemayəndələri də izləyiblər. Ermənistan separatçı rejminin numayəndələri olan Ludvik və Alyoşa cinayət məcələssinin hansı maddələri ilə təqsirli bilinir və onlara hansı hökm oxunub, daha ətraflı sıradakı sujetimizdən biləcəksiz.

Cinayət işinin istintaqı zamanı Lüdvik Mkrtiçyannın Azərbaycan vətəndaşlarını müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyərək müxtəlif xarakterli işgəncələrə məruz qoyduğu və N saylı hərbi hissəsinin hərbi qulluqçusunu öldürdüyü müəyyən olunub. Bundan başqa Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi faktı təsdiqlənib. Hakim Əlibəy Allahverdiyevin sədrliyi ilə keçirlən prosesdə ittiham aktı elan olundu.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin işgəncə, müharibə qanunlarını və adətlərini pozma, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, Azərbaycan dövlət sərhədini qanunsuz keçmə və digər maddələr üzrə ittiham edildi. ((INTERVOICE ХР 00:00:00 120.2.3, 120.2.12 bu maddələrlə əhatə olunur verilən ittihamlar və bu əməllərə görə ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Lüdvik Mkrtiçyan irəli sürülən ittihamları qəbul etmədiyini, Alyoşa Xosrovyan isə özünü qismən təqsirli bildiyini dedi. Daha sonra prosesdə təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif edilsə də, onlar indiki mərhələdə susmaq hüququndan istifadə etdilər. Bildirdilər ki, zərərçəkmiş şəxslər dindiriləndən sonra ifadə verəcəklər. Növbəti Məhkəmə prosesi iyunun 16-na təyin olundu.