• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1674
— 09.06.2021 18:54

Bakir İzetbeqoviç Ağdamdakı dağıntılardan təəssüflə bəhs edib

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramovun Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının spikeri Bakir İzetbeqoviç ilə də görüşü olub. Səfər çərçivəsində Azərbaycanın Ağdam şəhərinə olduğunu söyləyən spiker, bu ərazilərdəki dağıntıların miqyasından təəssüf ilə bəhs edib. Qonşu dövlətlərlə birgə yaşayışın yolunun tapılmasının vacib olduğunu söyləyən Bakir İzetbeqoviç, bunu öz ölkəsinin nümunəsində səsləndirib. Nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, o cümlədən Azərbaycanın mövcud olan fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinin tərəfdarı olduğu, azad edilmiş ərazilərdə mina təhlükəsi, habelə bu torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma prosesi barədə məlumat verib.