KepezTV Player
Dövlət İmtahan Mərkəzi tərəfindən Goranboyun da ümumi orta məktəblərində buraxılış imtahanı keçirilib. 7 binada təşkil edilən proses 159 nəzarətçi müəllim, 19 imtahan rəhbəri tərəfindən izlənilib. 1500 şagird pandemiya qaydalarına uyğun olaraq təşkil edilən imtahanda riyaziyyatdan 25, ana dili və xarici dildən hərəsindən 30 sualı, həmçinin 12 açıq tipli dinləmə mətnini cavablandırıblar. İmtahanda heç bir neqativ hal baş verməyib.
- Baxış: 425