Operativ Qərargah xüsusi karantin rejiminin pozulması hallarına dair məlumat yayıb. Məlumatda son günlər ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, müvafiq qərarları və təlimatları kobud şəkildə pozması haqda faktların aşkarlandığı qeyd olunur. Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıblar. Operativ Qərargah bildirir ki, qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək. Operativ Qərargah fiziki, hüquqi və vəziəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır və bir daha xəbərdarlıq edir ki, qaydalara və tələblərə əməl olunmadığı təqdirdə qanuna uyğun ciddi addımlar atılacaq.
- Baxış: 311