• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 06.06.2021 19:22

Oyunlar uşaqların zehni inkişafına necə təsir edir?

KepezTV Player

Jan Piajeyə görə: "Oyun uşağın ən önəmli işidir." Bəli oyunlar balacaların zehni və fiziki fəaliyyətinə müsbət təsir göstərir. Şəxsiyyətin formalaşlmasında müstəsna rol oynayır. Həyata cəmiyyətə adaptasiyasını asanlaşdırır. İntellleaktual oyunlar isə yaradıcı təxəyyülü və intelekti inkişaf etdirir, qabiliyyəti formalaşdırır. Ona görə uşaqlara oyun seçərkən bunlara diqqət etməkdə fayda var.

Uşaqlara oyun seçərkən onun yaşı, psixoloji durumu nəzərə alınmalıdır. Çünki yaxşı və pis olan hər şeyin təməli uşaqlıqdan qoyulur.

Mütəxəssisin fikrincə, uşaqlarda təfəkkürü formalaşdıran ən mühüm məqamlardən biri də müntəzəm və fərqli oyunların təşkil olunmasıdır. Uşaq oyun oynarkən ətraf aləmi kəşf edir, öz bacarığını inkişaf etdirir, hafizə oyunları isə uşaqlarda əsasən diqqəti təkmilləşdirir. Ona görə də telefon, planşet əvəzinə intellekti gücləndirən oyunlarla məşğul olması daha məsləhətlidir.

Uşaqların yaş qrupuna uyğun olmayan oyuncaqlar diqqət dağınıqlığına və gec inkişafa təsir göstərir.

Aişə Rzayeva