KepezTV Player
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 334 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 893 nəfər müalicə olunaraq sağalıb, 4 941 nəfər vəfat edib. 2 881 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 794, bu günə qədər isə ümumilikdə 3 567 745 test icra olunub.
- Baxış: 250