• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1620
— 05.06.2021 20:30

Daha bir örnək Vətən oğlu -Təqi Əsgərov

KepezTV Player

Bu sözlərin, ifadələrin doğurduğu kədərli ovqat bizə yaxşı tanışdır. "Şəhid ailəsi", "şəhid anası", "şəhid atası", "şəhid məzarı"- yurdun hər guşəsindən bəzən hıçqırıqla, bəzən də qürurla söylənilən bu sözlər indi bizim hər birimizin dilində səslənir. Bəli o oğullar bizi qorudular, torpaqlarımızı azad etdilər,Vətəni valideynlərinindən, sevdiklərindən uca tutdular. Bu gün isə bizim borcumuz onları sizə tanıtmaqdır.İndi isə güllənin qabağında dik dayanan Təqi Əsgərovun şücaətindən danışacağıq.

Təqi Nizami oğlu Əsgərov. Daha bir örnək...daha bir Vətən oğlu... və daha bir uca məqamın sahibi... şəhid !!! Az yaşında böyük tarixə şahidlik edib və sadəcə bununla kifayətlənməyib, həm də o tarixi yazanlardan birinə çevrilmək asan iş deyil. Bütün igidlərimiz kimi o da çətin olanı seçdi. Vətən üçün doğulub, vətən üçün can verməyi. O canları yaxından tanıyan hər kəs elə bu şücaətə görə candan danışır. Rəşadətin fəxarət olduğunu məktəbdən öyrədən müəllimləri də...

Nəriman Sadıqov şəhidin müəllimi:Təqi elə bir uşaq idi ki, həm yoldaşlarının həm müəllim kollektivinin hörmətini qazanmışdı. Ünsiyyətcil uşaq idi, qəlbi təmiz idi. Həmin dövrdə şahin hərbi idman oyunlarına hazırlaşırdıq, həm də cəsurlar hərbi idman oyununa. Təqinin yaşı cəsurlar hərbi oyununa düşürdü. Həmin ərəfədə Təqi o qədər gözəl nizamlı yeriş yeriyirdi ki, böyük uşaqlara da onu nümunə göstərirdim. Həmişə çay vaxtı olanda böyük tənəffüsdə eləbil övladım idi gəlirdi ki, “gedək bir çay içək?” Deyirdim gedək. Deyirdi “müəllim çayı mən alacam”. Deyirim sən işləmirsən axı mən alacam. Deyə gülə çay içirdik sonra bərabər məşqə gedirdik.

Şəhidimizin atası 2-ci qrup Qarabağ əlili olan Nizami Əsgərov da Qarabağ torpağının azadlığı uğrunda öz sağlamlığından keçib. Hər zaman atasını örnək götürən Təqi də “sizin yarımçıq qoyduğunuz işi mən tamamlamağa gedirəm” deyərək Vətən torpağının azadlığını hər şeydən üstün tutub.

Nizami Əsgərov şəhidin atası: Qarabağ haqqında çox yaxşı idi  təəsuratları. Yaxşı xidmət göstərirdi. Hətta istəyirdi ki, xidmətdən sonra da qalsın xidmət eləsin Azərbaycan ordusunda və özünündə çox həvəsi var idi. Hər dəfə zən edəndə mən onla qürur duyurdum. Danışırdıq deyirdi ata sizin yarımçıq qoyduğunuz işi mən bitirəcəm.Mən qoymaram ki, ermənilər gəlib burda bizə qarşı, ana bacımıza qarşı, uşaqlarımıza qarşı elə bir şey eləsinlər. Indi o uşağa fəxr edirəm ki, hər dəfə danışanda o mənlə sanki mən qıraqda qalmışdım, o elə bir vətənpərvərlik göstərirdi ki,fəxr elədik.

İgid oğulları ilə fəxr edən Nizami Əsgərov deyir ki, hər iki oğlunun Təqi və Səməndərin də  Qarabağ müharibəsində iştirak etməsi ilə fəxr edir.

Nizami Əsgərov şəhidin atası: 44 gün döyüşdə böyük oğlum da Tovuz döyüçlərində oldu xidmət elədi. Və şəhid olan oğlum Təqi də sentyabrın 27- də müharibə başlayanda 44 gün döyüşdü.

Murad Nurani şəhidin dostu: Noyabrın 8- i idi gündüz vaxtları. Bizə dedilər ki, erməni Laçın dəhlizindən Şuşa istiqamətində hərəkət edir, onların qrşısını almaq lazımdır. Həmin vaxtı da Şuşada döyüşlər gedirdi. Şuşanı almaq üçün. Bizim də orda rolumuz Laçın  dəhlizini qoruyub Şuşaya girişin qarşısını almaq idi. Artıq döyüş başlayırdı xəbər gəldi bizə, hərə öz mövqeyinə yerləşmişdi. Təqi də məndən  5-6 metr aralıda sağ tərəfdə durmuşdu. Biz vuruşduq onlıarın qarşısını aldıq, 100- dən çox şəxsi heyəti məhv elədik. Tankları, sanitarkaları partlatdıq, toplarla, mərmilərlə, minaatanla. Onlar heç bilmirdilər biz ordayıq, ondan sonra yerimizi bildilər bizi minaatan atəşinə tutdular. 15-20 minaatandan sonra minaatan bizim yanımıza düşdü. Təqi yaralandı. Biri qarın hissəsinin sağ nahiyəsindən arxa hissədən,  bir qolundan, bir ombo hissəsindən birdə dizdən aşağı sümük hissəsindən yaralanmışdı.

Təqinin ilk döyüş yolu Füzuli istiqamətindən başlayıb. Bir çox tapşırıqların icrasını uğurla yerinə yetirib, düşmənin texnika və canlı qüvvəsini məhv edib. Daha sonra Xocavənd istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub. noyabr ayının 8-də isə qəhrəmancasına şəhid olub.

Murad Nurani şəhidin dostu: Mən eşidəndə ki yaralanıb onu əsgər yoldaşlarım ilə getdim aşağı çəkdim, minaatan düşməyən bir yerə. Yaralarının üstünü bağladıq. Yaraları çox olduğuna görə biz bilirdik ki, şəhid olacaq. Onu biz aşağı düşürdük axşam 8-9 radaləri olardı.Bizim yanımızda şəhid oldu o. Şəhid olan zaman atasına, anasına halallıq verdi və halallığını istədi. Ondan sonra şəhidlik zirvəsinə yüksəldi.

Nizami Əsgərov şəhidin atası: Hər gün danışırdıq söhbət edirdik. Axrı 1 həftə qalmış gördüm ta zəng gəlmir, danışa bilmirik. Narahtçılıq keçirdim , dedim ola bilsin ki, orda olduğu yerdə danışmaq olmur. Bilirəm ki, döyüş gedir. Ayın 12 si günü mənə zəng elədilər ki, hərbi hissəyə gələsiniz. 8 i günü şəhid olubmuş, 12 si günü getdim mən Fizuliyə və uşağı ordan götürdüm.

Nəriman Sadıqov şəhidin müəllimi: Təqinin şəhid xəbəri gələndən sonra axşam, uşaqlardan hansısa çəkibmiş mən onla məşq elədiyim yerdə. Mənə atdılar. O şəkil mənə həm hədiyyə oldu , həm də ox oldu ürəyimə saplandı. Təqini çox istəyirdim, eləbil mənim şagirdim yox övladım idi. Təqi düzdü gənc yaşlarında həyatla vidalaşsa da biz bu saat nahaqq dünyadayıq, haqq dünyadadı. Və haqq dünyanın ən böyük mükafatına- şəhidlik zirvəsinə yüksəlibdi. O hər adama nəsib olan bir şey deyil. Mən Təqi ilə fəxr edirəm, və özümü xoşbəxt sayıram ki, elə bir şagirdim olub, onu tanımışam və əbədi qəlbimdə də yaşayacaq.

Qəhrəmanımız Şuşa uğrunda gedən döyüşlərdə qəlpə yarası alaraq ən ali zirvəyə ucalır. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “ Vətən uğrunda ” medalları ilə təltif olunub.

Aişə Rzayeva