Sumqayıt, Bakı və Qaxda ardıcıl oğurluqlar: dörd nəfər saxlanılıb
					  				Sumqayıtda polisin keşirdiyi əməliyyatla 5 650 manatlıq inşaat materillarının oğurlanmasında şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunan 40 yaşlı M.Hüseynov müəyyən edilərək saxlanılıb.
Bakının Binəqədi rayonunda isə bir nəfərin 3 900 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 42 yaşlı R.Kərimov və əvvəllər məhkum olunmuş G.Kazımova da polis əməkdaşları tərəfindən saxlanılıblar.
Qax rayonunda iki evdən ümumilikdə 100 min manat pul və 25 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməliyyatı nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 32 yaşlı Elçin Rəşidov saxlanılıb. O, oğurladığı pulla xaricə istirahətə getdiyini, qızılları isə lombarda girov qoyduğunu etiraf edib. Araşdırmalarla onun Binəqədidə də oxşar cinayət törətdiyi müəyyən edilib. 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 73
 

