• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 05.06.2021 12:52

Bahar katarı - səbəbi və müalicəsi

KepezTV Player

Yaz aylarında ağacların çiçək açması, tozlanmanın başlanması və havada uçan toz hissəcikləri ilə əlaqədar allergik xəstəliklər yaranır və ya kəskinləşir. Buna görə də, çox zaman yaza "xəstəliklər fəsli" də deyilir. Belə xəstəliklərdən biri də gözlərdə müşahidə olunan allergik reaksiya- bahar katarıdır. Göz qaşıntısı, gözdə "yad cisim" hissi, işığa həssaslıq kimi əlamətləri olan bu xəstəliyə diqqət etmək lazımdır.

Xəstəlik xroniki olduğuna görə preparatların verə biləcəyi katarakta, gözdaxili təzyiqin yüksəlməsi, infeksiyanın inkişafı kimi ağırlaşmalar həmin qrupdan olan preparatların istifadəsinə məhdudiyyət qoyur. Bahar katarına daha çox uşaqlarda və linzalardan istifadə edən insanlarda rast gəlinir.

Elvira Qapaqova allerqoloq: Göz allergiyası hər yaş qrupunda görülür. Ən çox isə 5 yaşından 13- 14 yaş arasında daha çox rast gəlirik. Onu bildrim ki, xronik bir xəstəlikdir. Uzun illərlə çəkə bilər. Və lazimi, vaxtında müalicələr nəticəsində remisiya əldə edə bilərik. Göz allergiyası daha çox linzalardan istifadə edən insanlarda daha çox görməyə başlamışıq. İkinci səbəblərindən biri isə alergik xəstələrlə yanaşı digər infeksiyon xəstəlik keçirənlərdə görülə bilər. Bu daha çox günün ilk saatlarında çiçəklənmənin çox aktiv olduğu dönəmlərdə gözlərdə qaşınma, sulanma, göz qızarma şəklində insanlara narahatlıq verən xronik allergik xəstəlikdən ibarətdir.

Mütəxəsislər tövsiyyə edir ki, belə problemlərdən əziyyət çəkən insanlar bayıra çıxan zaman gün eynəklərindən istifadə etməlidirlər.

Elvira Qapaqova allerqoloq: İlk öncə onu qeyd etmək lazımdır ki, tozcuqlara qarşı olan alergiya yaz və yay aylarında olduğuna görə həmin zamanlarda evdən kənara çıxdıqda günəş eynəklərindən istifadə etməlidir və ya müxtəlif göz suyu damcılarından tökərək göləri vaxtaşırı yumağa ehtiyac vardır. Bahar katarı -xüsusən də qərb bölgəsində daha çox rast gəlinən bu xəstəlik yazda- mart ayından başlayaraq insanlarda görülür. Sentyabr ayında da ikinci dalğasını görürük təəsüfki.

Gözlər insan həyatında mühüm rol oynayır. Gözlərimizi qoruyaq ki, onun köməyi ilə biz dünyanın bütün gözəlliklərini görə bilək.

Aişə Rzayeva