• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 05.06.2021 12:50

Yol polisi qayda pozanlara qarşı tədbir görüb

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində yollarda təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər. Piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Beləqayda pozuntularının həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Piyadalara yol verməyən sürücülər də aşkarlanıb ki, onlarla da profilaktiki söhbətlər aparılıb. Xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 8 nəfər barəsində müvafiq tədbir görülüb.