• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1634
— 04.06.2021 17:11

Ceyhun Bayramov mina xəritələrini verməsi üçün Ermənistana çağırış edib

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan vətəndaşlarının Kəlbəcərdə mina partlaması nəticəsində həlak olması ilə bağlı başsağlığı verib. Nazir başsağlığını tvitter səhifəsində yayıb. "Biz Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə çağırırıq. Onlar hər gün bu tələbi rədd edirlər. Daha çox həyat təhlükə altındadır!", - deyə nazir vurğulayıb.

Azərbaycan Prezidentinin köməkçisi −  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də baş verən hadisəyə tvitterdə münasibət bildirib. “AzTV və AZƏRTAC-ın jurnalistləri Ermənistan qoşunlarını Kəlbəcərdən çıxarkən qəsdən yerləşdirdiyi minanın qurbanı olublar. Beynəlxalq təşkilatları həmrəyliyə və bu hadisəni pisləməyə çağırırıq. Sirac Abışov və Məhərrəm İbrahimova Allahdan rəhmət diləyirik!”, - Hikmət Hacıyev tvitində qeyd edib.

“Kəlbəcərdə ikisi jurnalist olmaqla üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnmiş mina partlaması Qarabağdakı münaqişənin təsirinə məruz qalmış ərazilərin beynəlxalq əməkdaşlıq yolu ilə minalardan təmizlənməsinə təcili ehtiyacın olduğunu göstərir”. Bu fikirlər isə Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviçin tvitterdəki paylaşımında yer alıb.