• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1574
— 04.06.2021 12:09

Xaricdə təhsil alan daha 65 nəfərin diplomu tanınmayıb

KepezTV Player

May ayında xaricdə təhsil alanların diplomlarının tanınmama səbəbləri açıqlanıb. İcrası 21 gün ərzində tamamlanan 258 müraciətçinin 193-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bunlardan tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 40, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 6, digər səbəblər üzrə 3 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 33, iqtisadiyyat üzrə 20, menecment üzrə 16, biznesin idarə edilməsi üzrə 11, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb.