KepezTV Player
Vətən müharibəsinin şəhidi Elvin Mustafayev Gəncədə dəfn olunub. Şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb. Mərasimdə şəhidin yaxınları, rəsmi şəxslər, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vətən müharibəsi şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Mustafayev Elvin Fəxrəddin oğlunun nəşinin tapılması haqda ötən gün məlumat açıqlanıb. Elvin Mustafayev 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində itkin düşən şəhidimizin üç övladı yadigar qalıb.
- Baxış: 983