KepezTV Player
Türkiyənin xarici işlər və ailə və sosial xidmətlər nazirliklərinin, Uşaq Oyunları və idman klubları Federasiyasının YAŞAT Fondu ilə birgə həyata keçirdiyi “Hədiyyə karvanı”nın növbəti dayanacağı Gəncə şəhəri olub. Layihə çərçivəsində İkinci Qarabağ müharibəsi zamanı şəhid və qazi olan vətən oğullarının uşaqlarına hədiyyələr paylanılıb. Məqsəd bu kampaniya ilə Gəncədə və digər bölgələrdə şəhid və qazi övladlarını sevindirmək, az da olsa onları xoşbəxt etməkdir. Çıxışlarda Türkiyə olaraq şəhid və qazi ailələrinin yanında olduqları, bundan sonra da Azərbaycana dəstəyin davam edəcəyi vurğulanıb. Göstərilən dəstəyə görə türk qardaşlarımıza minnətdarlıq ifadə olunub. Azərbaycan və Türkiyə dostluğu və birliyinin sarsılmazlığı diqqətə çatdırılıb.
- Baxış: 355