• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 02.06.2021 16:07

2500-dən artıq şagird imtahan verib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən Gəncə şəhərinin Kəpəz rayonunda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Saat 11-də başlayan imtahan 10 binada baş tutub. 197 nəzarətçi müəllim, 21 imtahan rəhbəri prosesə cəlb olunub. Ümumilikdə imtahanda 2500-dən artıq şagird iştirak edib. Şagirdlər binaya daxil olarkən onların hərarəti yoxlanılıb, əlləri dezinfeksiya olunub. 3 saat ərzində riyaziyyatdan 25, ana dili və xarici dildən hərəsindən 30 sual test tapşırığına salınıb. Həmçinin xarici dildən şagirdlərə dinləmə mətni də təqdim edilib. İmtahanda heç bir neqativ hal baş verməyib və cavablar yaxın günlərdə açıqlanacaqdır.