Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			31.05.2021 16:05		
		Vətən müharibəsində şəhid olan daha bir hərbçinin nəşi tapılıb
KepezTV Player
					  
					  					  				Həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – əsgər İmanov Məmmədağa İqab oğlunun nəşi tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur. Hərbi Prokurorluğun məlumatına görə, itkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır. 
- Baxış: 439
 
