• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 31.05.2021 15:25

Ağdam və Tərtərdə 20 ədəd subartezian quyusu qazılacaq

KepezTV Player

Prezident İlham Əliyev "Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Ağdam və Tərtər rayonlarının əhalisi 25 950 nəfər olan 18 yaşayış məntəqəsində 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,4 milyon manat ayrılıb.