• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1583
— 31.05.2021 12:15

Vətən müharibəsi qazisi ziyarət olundu

KepezTV Player

Gəncədə icra hakimiyyətinin əməkdaşları Vətən müharibəsində qazi olan Elnur Aslanovun evində olublar. Onlar qazinin ailə üzvləri ilə söhbət edib, qayğıları ilə maraqlanıblar. Bununla yanaşı, qazinin ailəsində oğlan övladının dünyaya göz açması münasibətilə Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin təbrikləri çatdırılıb, körpə balanın ailəsinə, xalqına layiqli, Vətənini sevən övlad kimi yetişməsi arzulanıb. Ailəyə maddi yardım göstərilib və hədiyyələr təqdim olunub.