• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 31.05.2021 12:20

Milli Məclis Şuşa ilə bağlı qanun layihəsini qəbul etdi

KepezTV Player

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Yeni qanun layihəsi 15 maddədən ibarətdir. Sənəddə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğunun yaradılması, Dövlət Qoruğunun qorunması və bərpası üçün xüsusi Fondun təsis edilməsi, Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilməsi kimi məsələlər yer alıb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.