Gəncəli paralimpiyaçı dünya kubokunda medalçılar sırasına düşüb. İdmançı Nurlan Babacanov paralimpiadaya lisenziya verən yarışda fərqlənib.
Nizami yurdunun yetirməsinin iştirak etdiyi paurliftinq üzrə yarış qonşu ölkə Gürcüstanda keçirilib. Paytaxt Tbilisidə baş tutan dünya kubokunda Nurlan Babacanov 97 kq çəkidə çıxış edib. Paralimpiyaçı 190 kq nəticə göstərərək yarışın bürünc medalına yiyələnib.
Nurlan Babacanov iki ilə yaxındır ki, yarışlarda iştirak etməyib. Pandemiya dövründə milli ilə birlikdə toplanışlara qatılsa da, fərdi şəkildə turnirlərə hazırlaşa bilməyən idmançı bunun çıxışına təsir etdiyini deyib.
Nurlan Babacanovun şəxsi məşqçisi Natiq Əliyev isə yetirməsinin çıxışını qənaətbəxş qiymətlənidirib. Əməkdar məşqçi pandemiya şəraitində bu nəticəni normal hesab edir
Nurlan Babacanovun Birləşmiş Ərəb Əmirliklərinin Duday şəhərində daha bir lisenziya xarakterli yarışda iştirakı gözlənilir. Paralimpiadaya lisenziya verən dünya kuboku iyunun 15-20-si aralığında keçiriləcək.
- Baxış: 1425