• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 30.05.2021 19:38

Qız uşaqlarının kosmetik vasitələrə meyil etməsi

KepezTV Player

Yeniyetməlik dövrü fiziki görünüş və imicin əhəmiyyət kəsb etdiyi bir dövrdür. Bu dövrdə yeniyetmə uşağın ətrafdakılar tərəfindən bəyənilmək və diqqət görmək istəyi yaranır. Xüsusən də qız uşaqları. Buna görə də kosmetik vasitələrə meyil artır. Əslində isə makiyaj etmək təkcə yeniyetməlikdə deyil, qız uşaqları üçün hər yaş dövründə maraqlı bir məşğuliyyətdir. Bəs bu hal normaldırmı və nəyə səbəb ola bilər? Sıradakı sujetdə biləcəksiz.

Son zamanlar qız uşaqlarının kosmetik vasitələrlə bəzənməsi, saç və dırnaq boyalarından istifadə etməsi demək olar ki, dəb halını alıb. Psixoloqlar deyirlər ki, balacaların makiyaj vasitələrinə marağı sosial şəbəkələrdən çox elə evdən başlayır. Analarının kosmetik vasitələrindən, parfumeriya məhsullarından, dırnaq həmçinin saç boyalarından istifadə etdiyini görən qızlarda artıq istək yaranır.

Mütəxəsisilər bildirir ki, kosmetik vasitələrdən istifadə uşaqların dərisində mənfi təsir göstərə və müəyyən problemlərə gətirib çıxara bilər.

Yeniyetməlik dövründəki qızlar makiyaj edərək artıq böyüdüklərini, uşaq olmadıqlarını, böyüklərin dünyasına aid olmaq istədiklərini demək istəyirlər. Mütəxəsislər isə hesab edir ki, qız uşaqlarında belə maraqların olması normal bir haldır. Onlara qadağa qoymaq əvəzinə bu vasitələrin oyuncaq versiyasını almaq daha məqsədə uyğundur.

Odur ki, bu gün qızlara oyuncaq kimi alınan kosmetik vasitələr gələcəkdə böyük fəsadlara yol aça bilər. Ona görə də min ölçüb bir biçmək daha məsləhətdir.

Aişə Rzayeva