• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 30.05.2021 19:13

Xarici blogerlər Ağdama səfər ediblər

KepezTV Player

"Show Me Azərbaijan" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici blogerlər Ağdam şəhərinə səfər ediblər. Layihənin məqsədi azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə beynəlxalq səviyyədə təqdim etməkdən ibarətdir. "Show Me Azərbaijan" layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir. Blogerlər Ağdamda Cümə məscidində, Ağdam Dram Teatrında olublar, Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını, Xurşudbanu Natəvanın qəbrini ziyarət ediblər.