• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1583
— 29.05.2021 20:35

Sənəd qəbulunda və imtahanda yeniliklər olacaq

KepezTV Player

Məlum olduğu kimi Respublikanın ali və orta ixtisas təhsil müəsisələrinə elektron sənəd qəbulu başlayıb. Bu il ərizə qəbulunda, eləcə də imtahanlarda bəzi yeniliklər və güzəştlər tətbiq olunub. Qarşıdakı sujeti izləməklə xəbəriniz olacaq.

DİM tərəfdən 2021-2022-ci il tədris ili üçün tam orta təhsil bazasında ali və orta ixtisas məktəblərinə sənəd qəbulu mayın 26-dan başlayıb. Abituriyentlər mərkəzin rəsmi internet saytında daxil olaraq şəxsi kabinet yaratdıqdan sonra  elektron ərizəni doldurub təstiq etdirməlidir. Qeydiyyat bazasında bütün məlumatlar olduğu üçün yalnız şəxsiyyətini təstiq edən sənəd lazımdır. Ancaq bu il ilk dəfə olaraq sənəd qəbulunda həssas qrupa daxil olanlar və onların ailə üzvləri dövlət rüsumundan azaddırlar.

İsmayıl İsmayılov  şəhid atası: Sağ olsunlar. Bu bizə qarşı olunan güzəştli şərtlərə görə dövlət başçısına minnətdarlığımı bildirirəm.

Pərvin İsmayılov  şəhid qardaşı: Birinci və beşinci qrupa sənəd verdim. Sənəd qəbulunda şəhid ailəsinə güzəşt var. Sağ olsunlar.

Parpar Babayeva şəhid anası: Nəvəmi gətirdim, risumdan azad olundu. Sağ olsunlar. Çox razıyam.

Ayşən Babayeva  şəhid qızı: İkinci qrupa sənəd verirəm. Dövlət risumundan azadıq. Hər şey üçün çox sağ olsunlar.

Nəsimi Məmmədov  DİM-in Gəncə Regional bölməsinin müdiri: Bu il cari ilin ümum təhsil müəsisələrini bitirən, ali və orta ixtisas təhsil müəsisələrində təhsil almayan şəhid ailələrinin övladları və ailə üzvləridir. İkinci Qarabağ müharibəsinin əlillərinin övladları və ailə üzvləridir. Eləcədə 1, 2 və 3-cü qrup əlilliyi olan şəxslərdir ki, bunlar qeydiyyat üçün dövlət risumundan azaddırlar. Həmin şəxslər DİM rəsmi internet saytında açılan bölməyə daxil olur və qeydiyyatdan keçir. Əgər məlumat çıxmırsa həmin orqana şəhid ailəsi şəhid ailəsi cəmiyyətinə eləcədə qaçqın məcburi köçkünlər mütləq həmin idarələr müraciət etməlidirlər. Ondan sonra onların ödənişi azaddır.

Bu il 11-ci sinfi bitirərək buraxılış imtahanında üzürlü səbəbdən iştirak edə bilmiyənlərə yenidən şans veriləcək.

Nəsimi Məmmədov  DİM-in Gəncə Regional bölməsinin müdiri: Buraxılış imtahanlarında üzürlü səbəbdən iştirak etmiyən şagirdlər və əvvəlki ilin məzunlarının qəbulun birinci mərhələsi və eləcədə tam orta təhsil bazası və beşinci qrup üzrə keçiriləcək buraxılış imtahanları yaxın günlərdə DİM tərəfindən vaxtı elan olunacaqdır. Həmin abutiriyentlər imtahanda iştirak edə biləcəklər.

Həmçinin bu il xarici dil seçimində də yeniliklər tətbiq olunub. Abutiriyentlər dövlət rüsumunu ödəməklə digər xarici dildən imtahan verə bilər.

Nəsimi Məmmədov  DİM-in Gəncə Regional bölməsinin müdiri: Cari ildə təhsil alan 11-ci sinif də təhsil alan şagirdlərə DİM tərəfindən şərait yaradılıb ki, hansı şagird xarici dili dəyişmək istəyirlərsə DİM şəxsi kabinetinə dövlət rüsümünu təqdim edirlər. Ona uyğunda imtahanda iştirak edirlər. DİM tərəfindən bu qrup imtahanları iki cəhdlə həyata keçiriləcəkdir. Birinci cəhd həyata keçirildikdən sonra ikinci cəhdin qeydiyyatı  açıqlanacaqdır.

Dim tərəfindən qabiliyyətdən imtahan verən abutiriyentlər üçün yeniliklər isə yeni nəşr olunan jurnaldan əldə etmək olar.

Nəsimi Məmmədov  DİM-in Gəncə Regional bölməsinin müdiri: Ötən il pandemiyya səbəbindən bəzi qabiliyyət tələb edən imtahanlar götürülmədi. Ancaq bu il qabiliyyət imtahanları keçiriləcəkdir. Bununla bağlı olaraq DİM tərəfindən abutiriyent 2 jurnalı çap olunubdur. Bütün məlumatlar orada və DİM rəsmi internet saytından əldə etmək olar.

DİM tərəfindən yaradılan sənəd qəbulu komissiyalarına yalnız elektron sənəd bazasında adları olmayanlar müraciət edə bilərlər.  Sənədlərin qəbulu və elektron ərizələrin təstiqi iyunun 8-nə kimi davam edəcək.

Elnur Vahidoğlu