• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1545
— 29.05.2021 16:22

Beynəlxalq blogerlər azad olunmuş torpaqlara səfər edəcəklər

KepezTV Player

"Show me Azerbaijan" layihəsi çərçivəsində ölkəmizə gələn beynəlxalq blogerlər işğaldan azad olunmuş torpaqlara səfər edərək orada Ermənistanın törətdiyi cinayətlərlə tanış olub, gördüklərini bütün dünya ictimaiyyətinə çatdıracaqlar.Dilimizə "Azərbaycanı mənə göstər" kimi tərcümə olunan beynəlxalq blogerlər layihəsi İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir. Layihə ötən gün Bakı şəhərindən həyata keçirilməyə başlayıb. Ölkəmizə 8 ölkədən 12 xarici bloger gəlib. Onlar Gəncəyə də səfər etməklə ermənilərin raket atəşinə tutaraq törətdiyi cinayətlərlə tanış olmaq üçün dinc sakinlərin həlak olduğu və dağıntıların qeydə alındığı ərazidə olublar.

Blogerlər erməni vəhşiliyinin izləri ilə tanış olublar

Azərbaycanda səfərdə olan blogerlər bu gün Gəncəyə gəliblər. Sosial media fenomenləri Vətən müharibəsi zamanı ermənilərin Gəncəni raket atəşinə tutaraq törətdiyi cinayətlərlə tanış olmaq üçün dinc sakinlərin həlak olduğu və dağıntıların qeydə alındığı ərazidə olublar. Qonaqlar burada öz həyatlarını itirmiş şəxslərin ruhuna ehtiram əlaməti olaraq güllər düzüblər. Onlara hadisə ilə bağlı ətraflı məlumat verilib. Blogerlər müharibənin Gəncədə yaratdığı mənzərədən çox təəccübləndiklərini vurğulayaraq, mülki əhalinin atəşə tutulmasının, qətlə yetirilməsinin qəbulolunmaz olduğunu bildiriblər. Dünya ictimaiyyətinin, siyasətçilərin burada yaşananlara ciddi reaksiya verəcəklərinə inandıqlarını qeyd ediblər.