KepezTV Player
Şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam və Xocavənd rayonları ərazilərində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli daha iki hərbi hissə istifadəyə verilib.Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması məqsədilə modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi prosesi planlı şəkildə davam edir.
- Baxış: 387