Bu bayramın şanlı tarixin ilk şahidləri - gəncəlilər üçün xüsusi önəmi var. Çünki Cümhuriyyət dövrünün ilk ayları məhz bu qədim şəhərdə keçib. Əməkdaşımız Aişə Rzayevanın bu günlə bağlı videomaterialı var.
Qarşısında dayandığımız bu binanın Azərbaycan tarixində çox böyük əhəmiyyəti var. Şərqin ilk demokratik Cümhuriyyətinin Gəncə dövrü məhz bu əzəmətli tikilidə keçib. Vaxtı ilə bu binada parlament iclasları keçirilib, Azərbaycan dövləti və xalqı üçün çox mühüm qərarlar qəbul olunub. **Yolun digər tərəfində - gördüyünüz bu binada isə Xalq Cümhuriyyətinin hökuməti fəaliyyət göstərib. Hazırda isə burada Cümhuriyyət muzeyi yerləşir.
Gəncənin Atatürk prospektində üzbəüz yerləşən iki qədim bina var. Azərbaycan Xalq Cümhuriyyətinin 3 ay fəaliyyət göstərdiyi bu binalar gəncəlilərin fəxrlə üz tutduqları məkandır. Binalardan birində Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə ali təhsil müəssisəsinin nəzdində yaradılan Xalq Cümhuriyyəti Müzeyi yerləşir.
Eyni zamanda Gəncənin paytaxt seçilməsini labüd edən digər səbəblər də var idi. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasında əvəzsiz xidmətləri olan Azərbaycan oğullarının əksəriyyəti gəncəli idi. Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli,Cahangir bəy Kazımbəyli,Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov kimi şəxsiyyətlər məhz Gəncə torpağının yetirmələri idi. Hazırda da onların büstü Gəncənin səbisikar qəbristanlığında ucaldılıb.
Bu gün AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur.
Azərbaycan Xalq Cümhuriyyəti ilk növbədə dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığını bəyan etdi. Cümhuriyyətin fəaliyyət dövrü milli özünüdərk, müstəqillik amalı üzərində köklənən tariximizin şanlı səhifədir.
İstiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Xalq Cümhuriyyəti Azərbaycan xalqına müstəqilliyin necə şirin bir nemət olduğunu göstərdi. Bu gün isə bu qədim xalqın dövlətçilik ənələləri əmin əllərdə ən layiqli şəkildə qorunur və yaşadırılır. Bu gün Azərbaycan müstəqillik tarixinin ən şanlı illərini yaşayır. Bu gün Cümhuriyyət yadigarı olan 3 rəngli bayrağımız 30 illik işğaldan sonra azad edilmiş diyarlarda dalğalanır. Azərbaycan xalqı bu il 28 – May Respublika Gününü qalib xalq kimi bayram edir.
- Baxış: 611