• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1108
— 26.05.2021 19:25

Bu il taxıl sahələrindən bol məhsul yığılacaq

KepezTV Player

Bu il hava şəraitinin əlverişli keçməsi məhsulun bol olmasına şərait yaradacaq. Göygöl rayonunda əkilən sahələrdə çəkilən əziyyət yerdə qalmayacaq. 2021-ci ildə fermerlər nə qədər məhsul götürəcək? Bunu qarşıdakı sujetdə biləcəksiz.

Göygöl kənd təsərrüfatı sahəsində ölkənin ən qabacıl rayonlarındadır. Bu rayonda hər il kifayət qədər taxıl tədarük olunur ki, bu da ümumdaxili məhsulun mühüm hissəsini təşkil edir. Cari ildə də dağlıq ərazidə yerləşən və daha çox dəmyə sahələrdə əkilən taxıl zəmilərindən yaxşı məhsul gözlənilir. 3 ildir havaların quraq keçməsi ilə əlaqədar əziyyətlərinin bəhrəsini görə bilməyən fermerlər bu il məhsulun bol olacağı qənaətindədirlər.

Ölkədə taxıl biçininə gələn aydan start veriləcək. Təxminən iki həftədən sonra Aran bölgəsində, iyun ayının axırında isə dağlıq ərazilərdə arpanın biçininə başlanacaq.