• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1223
— 26.05.2021 19:28

Xüsusi karantin rejiminin müddəti avqustun 1-dək uzadılıb

KepezTV Player

Ölkədə xüsusi karantin rejiminin müddəti 1 avqust səhər saat 6-dək uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Mayın 31-dən açıq havada maska qadağası ləğv olunur, metro açılır, şəhər və rayonlardan yerüstü və hava nəqliyyatı ilə sərnişin daşıma bərpa edilir. İyunun 10-dan isə ümumi 50 nəfərdən çox olmamaqla ibadət yerləri açılır, nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla iri ticarət mərkəzləri fəaliyyətə başlayır, çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyətinə icazə verilir. İdman zallarından yalnız COVID-19 pasportu olan şəxslər istifadə edə bilərlər. İyulun 1-dən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur. Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilir. Həftəsonları yenə də ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Qapalı məkanlarda maskadan istifadə qadağası qüvvədə qalır.