Ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq olunan bir sıra məhdudiyyətlər aradan qaldırılır. Bu barədə Operativ Qərargahın bu gün keçirilən brifinqində açıqlama verilib.
Azərbaycanda COVİD pasportu tətbiq olunacaq
Lakin idman zallarının fəaliyyəti ilə bağlı vacib bir məqam da var. Belə ki, idman-sağlamlıq obyektlərinin xidmətindən yalnız COVİD pasportu olan şəxslər yararlana biləcəklər. COVİD pasportu iki sertifikatdan ibarət olan sənəddir. Bunlar peyvəndin hər iki dozasını vurduranlara verilən vaksin sertifikatı və koronavirusa yoluxub sağalanlara təqdim olunan immunitet sertifikatıdır. Üzərində QR kod olan bu sertifikatları vətəndaşlar e-gov.az portalı və ya e-tebib mobil tətbiqi vasitəsilə əldə edə bilərlər. Gələcəkdə bu yanaşmanın konsert, teatr, kinoteatr, toylar və digər şənliklərə də tətbiqi nəzərdə tutulur. İdman-sağlamlıq obyektləri ilə bağlı digər qaydaya gəlincə...
Yaxın günlərdə ölkəyə yeni vaksin gətiriləcək
Azərbaycanda kifayət qədər vaksin olduğuna diqqət çəkən TƏBİB-in departament müdiri Yaqut Qarayeva bu sarıdan heç bir çətinlik olmadığına diqqət çəkib. Qarayeva yaxın günlərdə ölkəyə yeni vaksinin gətiriləcəyini də anons edib.
Brifinqdə yumşalmaların bugünkü sabiq vəziyyətin nəticələri olduğu, gələcəkdə yoluxma sayı artarsa, yenidən bəzi məhdudiyyətlərin tətbiq ediləcəyi vurğulanıb.
- Baxış: 446