Heyvandarlıq Elmi Tədqiqat İnistitutunda tut ipək qurdlarının super elit damazlıq toxumunu istehsal etmək üçün elmi təcrübələrə başlanılıb. Məqsəd yerli tut ipək qurdlarının damazlığını yaratmaqla xaricdən asılılığın qarşısını almaqdır.
Hazırda ölkəmizdə kümçülər xaricdən gətirilən tut ipək qurdlarını bəsliyərək yetişdirikləri baramaları istehsal üçün təhvil verirlər. Bu da maddi cəhətdən baha başa gəlir və nəticədə istehsalçılar az gəlir əldə edirlər. Bundan irəli gələrək Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun baramaçılıq laboratoriyasının elmi işçiləri ilkin toxumçuluğun yaradılması üçün elmi tədqiqat işlərinə başlayıblar.
Tut ipək qurdları üzərində təcrübələrə iki aya yaxındır başlanılıb. İnkubasiyadan sonra qurdların yemləməsi həyata keçilir. 10 gündən sonra dirilən qurdlar tam yemləndikdən sonra onlar şaxa çıxmağa başlıyacaqlar. Bundan sonra isə hansı cins daha məhsuldardırsa o da saxlanılaraq toxumçuluq üçün istifadə ediləcək.
İlin əvvəlindən xaricdən ölkəmizə 15 min qutu tut ipək qurdunun sənaye toxumu gətirilib. Gətirilən bu toxumlar dirildilərək kümçülərə paylanılıb. Onlar da alınan baramaları Şəki ipək kombinatına təhvil vercəklər.
Elnur Vahidoğlu
- Baxış: 4854