KepezTV Player
19 yaşlı futbolçulardan ibarət komandalar arasında keçirilən Gənclər Kubokunda yarımfinalın ilk oyunları reallaşıb. Əvvəlki mərhələlərdə Premyer Liqa klublarının təmsilçilərini yolundan kənarlaşdıran "Kəpəz" bu dəfə Gəncə şəhər stadionunda "Sabah"ı qəbul edib. Oyun gərgin mübarizəyə səhnə olub. 90 dəqiqə ərzində tərəflər qapılar önündə bir neçə təhlükəli vəziyyət yaradıblar. Lakin son zərbələrdə dəqiqlik çatmayıb. Və görüş başladığı hesabla yekunlaşıb - 0:0. Finala çıxacaq komandanı Bakıda keçiriləcək cavab matçı müəyyənləşdirəcək.
- Baxış: 1466