• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 22.05.2021 13:01

Göygöldə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər keçiriblər.Polis əməkdaşları bir daha sürücülərin diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Reyd zamanı 10 sürücü inzibati məsuliyyətə cəlb edilib.