KepezTV Player
Dövlət İmtahan Mərkəzi mayın 26-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına II cəhd qəbul imtahanı keçirəcək. Respublikanın 7 şəhər və rayonunda, o cümlədən Gəncədə təşkil olunacaq imtahanda iştirak etmək üçün 14694 bakalavr ərizə təqdim edib. Onlardan 13530 nəfəri Azərbaycan, 1164 nəfəri rus bölməsi üzrədir. Proses bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
- Baxış: 374